Dövlət başçılarının geniş tərkibdə danışıqları olmuşdur

25 iyul 2011, 12:00
Dövlət başçılarının geniş tərkibdə danışıqları olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV görüşün iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən Sizi ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminik ki, Sizin səfəriniz Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəkdir. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar əməkdaşlığa yeni təkan olacaqdır.

Siyasi əlaqələr yüksək səviyyədədir, eyni zamanda, iqtisadi sahədə əlaqələrin yaxşı perspektivləri var. Bu gün biz Sizinlə enerji sektorundakı əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bir sözlə, biz istəyirik ki, əlaqələrimiz bütün sahələri əhatə etsin və Polşa-Azərbaycan dostluğu uğurla davam etdirilsin.

Bir daha xoş gəlmisiniz!

Sonra Polşa Prezidenti Bronislav KOMOROVSKİ çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Bu gün biz Azərbaycanda Sizin qonağınız olmaqdan çox şadıq və olduqca məmnunuq.

Biz Sizin ölkənizi yerləşdiyiniz regionda olduqca mühüm, əhəmiyyətli rol oynayan ölkə kimi qəbul edirik. Təbii ki, bizim münasibətlərimiz bu səfərdən sonra daha da inkişaf edəcəkdir.

Hər iki xalq 20 il öncə əsl müstəqilliyini əldə etdi və bu mühüm dəyərdən lazımınca bəhrələnir. Bu, iqtisadi sahədə də hiss olunur və hər iki ölkədə əldə edilmiş iqtisadi göstəricilər bunu sübut edir.

Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri Sizin ölkənizə böyük hörmət qazandırır. Bu baxımdan işgüzar dairələrdə ölkənizə maraq get-gedə artır. Biz Sizin əldə etdiyiniz bütün bu nailiyyətləri çox yüksək qiymətləndiririk.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10