01 may 2018, 16:30

İbrahim Əliyevdən, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən böyük əminliklə və iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki bu xalqın Vətənini, torpağını, millətini sevən, onu qoruyan, xoşbəxt gələcəyə aparan Sizin kimi müdrik Prezidenti var. Siz həm dövlətimizin başçısı, həm də hər bir Azərbaycan vətəndaşının yaxın dostusunuz.

Azərbaycan xalqının bir ağrılı yeri varsa, o da Dağlıq Qarabağ problemidir. Biz əminik ki, Siz bu problemi də həll edəcəksiniz. Həmin günü səbirsizliklə gözləyirik. Çünki bu, həm bütün Azərbaycanın xalqının, həm də şəxsən Sizin böyük qələbəniz olacaqdır.

Hörmətlə,

Əliyev İbrahim Məmmədrza oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu.