01 may 2018, 16:40

Aysel Həmidovadan, Şəki, Azərbaycan

Əziz və möhtərəm Prezidentimiz İlham Əliyev.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm ki, uzaqgörən siyasətinizlə Azərbaycanı daha uğurlu gələcəyə aparasınız.

Mən və ailəm Sizi həmişə dəstəkləmişik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sadəliyi, onun kiçikdən-böyüyədək hamıya kömək etməsi məni valeh edir. Mən də gələcəkdə Mehriban xanım kimi xeyirxah insan olmaq istəyirəm.

Mən Şəki şəhərində 10-cu sinifdə təhsil alıram. Dərslərimi yaxşı oxuyuram ki, Azərbaycanın savadlı bir vətəndaşı olum. Azərbaycan müstəqil və demokratik ölkədir. Məhz Sizin uğurlu siyasətiniz sayəsində ölkəmizi bütün dünyada tanınır. Biz hər zaman inanırıq ki, Siz daim Azərbaycanı yeni zirvələrə yüksəldəcəksiniz. Ölkəmizdə keçirilən “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula-1 yarışı, İslam Oyunları kimi möhtəşəm və uğurlu layihələrin müəllifi də məhz Sizsiniz. Azərbaycan bu yerlərə Sizin uzaqgörənliyiniz, uğurlu siyasətiniz sayəsində gəlib çıxıb. 2003-cü ildən Azərbaycan ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin tərəfinizdən uğurla idarə edilir.

Hörmətli Prezidentimiz, biz hər zaman “İlhamla irəli” deyərək addımlayacayıq. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Hörmətlə,

Həmidova Aysel.

Azərbaycan Respublikası, Şəki şəhəri.