05 may 2018, 12:50

Rəhim Əliyevdən, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin müdrik siyasətiniz sayəsində respublikamızda dinamik sosial-iqtisadi inkişaf uğurla davam edir. Bu inkişaf demək olar ki, hər bir sahədə özünü aydın göstərir. Nəinki paytaxt Bakının, respublikamızın bütün bölgələrinin siması gündən-günə yeniləşir, gözəlləşir. O cümlədən bizim rayonumuzda da yeni-yeni layihələr müvəffəqiyyətlə həyata keçirilir. Sizin müvafiq Sərəncamınızla rayonumuzda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri hamımızın ürəyindən xəbər verir, bizi hədsiz sevindirir. Ölkəmizdə əmin-amanlıq getdikcə möhkəmlənir, əmək haqları, pensiya və təqaüdlər artırılır, biz sözlə, insanların həyat şəraiti yaxşılaşır. Bütün bunlar bizi daha da ruhlandırır.

Cənab Prezident, aprelin 11-də keçirilən prezident seçkilərində vətəndaşlar Azərbaycanın xoşbəxt gələcəyinə, ölkəmizi inkişafa aparan ən layiqli namizədə səs verdilər. Sizin yenidən Prezident seçilməyiniz sadə bir vətəndaş kimi məni hədsiz sevindirir. Mən ürəkdən inanıram ki, Sizin rəhbərliyinizlə respublikamız bundan sonra daha böyük tərəqqiyə nail olacaq, xalqın rifah halı daha da yaxşılaşacaqdır.

Dərin hörmətlə,

Əliyev Rəhim, əmək veteranı.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Viyən kəndi.