05 may 2018, 18:00

Hümbət Əsədovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bütün İsmayıllı şəhər ictimaiyyətinin yekdil fikrini ifadə edərək bildiririk ki, tükənməz qayğınız, bölgəmizə göstərdiyiniz yüksək diqqətin nəticəsi olaraq xalqa nümunəvi xidmət göstərmək, əhalinin həyat şəraitini yaxşılaşdırmaq, yeni iş yerləri açmaq barədəki tapşırıqlarınız rayonumuzda məsuliyyətlə yerinə yetirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar 28 May küçəsi müasir formada yenidən qurulur, asfaltlanır. Abadlıq-quruculuq işləri Mirzə Ələkbər Sabir, İstiqlal, Kamran Məmmədov küçələrində də aparılır. Yeni istifadəyə verilən xalça fabriki onlarla toxucunun işlə təmin edilməsinə şərait yaradıb.

Ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycanımızın abad bir bölgəsinə çevrilmiş İsmayıllının inkişafına, əhalinin firavan həyata qovuşmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün İsmayıllı ictimaiyyəti adından Sizə yeni mandatınızda uğurlar arzulayırıq.

Allah amanında olun.

Hörmətlə,

Əsədov Hümbət Simran oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.