07 may 2018, 16:40

Nuran Hümbətlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezidentim.

Mən bir Azərbaycan gənci kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin prezidentlik dönəminizdə ölkəmiz sürətlə inkişaf edib, xalqın rifahı və həyat tərzi yaxşılaşıb. Siz ulu öndər Heydər Əliyevin irsini, müdrik siyasətini layiqincə davam etdirirsiniz və biz bununla fəxr edirik.

Sizin yürütdüyünüz müdrik siyasət nəticəsində Azərbaycan bütün dünyada öz sözünü deyən, öz mövqeyi olan ölkəyə çevrilib. Sizin uzaqgörənliyiniz sayəsində biz ölkəmizdə rahat yaşayırıq. Bu gün bir çox ölkələrdə terror aktları baş verir, müharibələr alovlanır. Ancaq biz belə hallardan uzağıq. Çünki bizim rəhbərimiz Sizsiniz. Mən həmişə Sizə güvənmişəm, Sizinlə fəxr etmişəm.

Cənab Prezident, Sizin Azərbaycan gənclərinə ata qayğınız, həmişə dəstək olmağınız məni çox sevindirir. Çünki mən də bir Azərbaycan gənciyəm. Sizin idmana, təhsilə, səhiyyəyə və digər sahələrə göstərdiyiniz diqqət sayəsində bu istiqamətlərdə gedən inkişaf göz qabağındadır. Azərbaycan gündən-günə abadlaşır, yeni yollar, körpülər salınır, ən ucqar kəndlərə belə qaz xətti çəkilir. Bunların hamısı Sizin sayənizdə mümkün olub.

Mən inanıram ki, Siz tezliklə Qarabağımızı bizə qaytaracaq və ölkəmizin adını daha da yüksəklərə ucaldacaqsınız.

Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Həmişə üzünüz gülsün, əziz Prezidentim! Mən Sizinlə fəxr edirəm.

Hörmətlə,

Hümbətli Nuran Fizuli oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.