“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 may 2018, 20:26

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 72, № 12, maddə 1249; 2017, № 3, maddə 380, № 11, maddə 2001) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 5-ci hissəsindən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında,” sözləri çıxarılsın və həmin hissəyə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 7-ci hissəsindən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında,” sözləri çıxarılsın və həmin hissəyə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında,” sözlərindən sonra “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2018-ci il.