İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının prezidentini qəbul edib

09 may 2018, 12:00

Prezident İlham Əliyev  Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanı qəbul edib.

Santiaqo Qarsia Mila Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək tədbirdə 65 ölkədən 400-dən artıq nümayəndənin iştirakının böyük önəm daşıdığını vurğuladı. O bildirdi ki, bu nümayəndələr Beynəlxalq Limanlar Assosiasiyasına üzv olan və dünyanın dəniz yük daşımalarının təxminən 70 faizini əhatə edən limanları təmsil edirlər.

Tədbirin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Santiaqo Qarsia Mila paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Bakının artıq beynəlxalq ticarət qovşağına çevrildiyini deyən qonaq böyük İpək yolu, “Bir kəmər, bir yol” layihələrində Azərbaycanın önəmli rol oynayacağına ümidvar olduğunu bildirdi. Santiaqo Qarsia Mila Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu və tədbirin gələn il Çində təşkil ediləcəyini dedi.

Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransının önəminə toxunaraq xeyli sayda ölkənin nümayəndələrinin burada iştirakından məmnunluğunu ifadə etdi. Tədbirin keçirilməsi üçün Bakını seçdiklərinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkəmizdə digər sahələr kimi, nəqliyyat sektorunda da böyük uğurların əldə olunduğunu məmnunluq hissi ilə qeyd edərək Azərbaycanın artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini dedi. Ölkəmizin coğrafi mövqeyinin bu işdə rolunu qeyd edən Prezident İlham Əliyev bunun həm də Azərbaycanda müasir nəqliyyat infrastrukturuna qoyulan böyük həcmdə investisiyanın nəticəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu, özünü təkcə Ələtdəki Yeni Bakı Limanında deyil, müasir dəmir və avtomobil yolları, eləcə də hava limanlarının inşasında da göstərir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihələrinə toxunan dövlətimizin başçısı həmin layihələrin icrası nəticəsində bu istiqamətdə Azərbaycan ərazisindən mühüm beynəlxalq daşımaların həyata keçiriləcəyini qeyd etdi.

Nəqliyyat infrastrukturunun bu gün Azərbaycanda çox yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev Yeni Bakı Limanının birinci fazasının tam şəkildə yaxın zamanlarda başa çatacağını dedi və bütün bunları Azərbaycanın nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfə kimi dəyərləndirdi.

SƏNƏDLƏRSərəncamlar18 may 2018
18:35
Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azə...

18 may 2018, 18:35
XƏBƏRLƏRMətbuat xidmətinin məlumatı18 may 2018
16:30
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzaki...

18 may 2018, 16:30