11 may 2018, 13:30

Cavid Əhmədovdan, Peç, Macarıstan

Möhtərəm cənab Prezident.

Sizin prezident seçkilərindəki qələbənizə hər bir azərbaycanlı kimi, mən də çox sevindim. Bu qələbə Azərbaycan xalqının Sizə olan etimadının tam və sarsılmaz olduğunu bir daha sübut edir. Azərbaycan bu günlərə ulu öndər Heydər Əliyevin və Sizin gərgin əməyiniz və qəti mövqeyiniz sayəsində gəlib çıxıb.

Hər bir xalqın ən çətin zamanlarda ona dəstək olan xilaskarı olur. Bunlar ABŞ-da Avraam Linkoln, Türkiyədə Atatürk, Azərbaycanda isə ulu öndər Heydər Əliyevdir.

Azərbaycanda gedən sürətli inkişaf və milli maraqlar üzərinə qurulmuş uğurlu xarici və daxili siyasət bizi gözü götürməyən bəzi dairələrdə qıcıq yaradıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyiniz möhkəm iradə erməni lobbisinin Sizə qarşı çirkin kampaniya başlatmasına səbəb olub. Ancaq əmin olun ki, onların bütün bu çirkin əməlləri nəticəsiz qalacaq və xalqın Sizə olan etimadı daha da güclənəcəkdir. Biz - Avropada yaşayan və təhsil alan azərbaycanlılar Sizin ətrafınızda daha sıx birləşərək, bu antimilli qüvvələrə qarşı daha səmərəli mübarizə aparacağıq, Sizə olan dəstəyimizi dünyanın hər bir yerində nümayiş etdirəcəyik. Biz gənclər bütün dünyaya sübut edəcəyik ki, Azərbaycanda hər kəs öz Prezidentini dəstəkləyir və sevir.

Azərbaycan gəncliyinin respublikamızın işıqlı gələcəyinə olan ümidi məhz Sizsiniz. Cənab Prezident! Bir daha bəyan etmək istəyirik ki, biz daim Sizinləyik.

Hörmətlə,

Əhmədov Cavid İlqar oğlu, tələbə.

Macarıstan Respublikası, Peç şəhəri.