“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

11 may 2018, 18:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1853 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.6-cı bənddən “yeyinti məhsulları və” sözləri çıxarılsın və həmin bəndə “istehlak mallarının” sözlərindən sonra “(qida məhsulları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. 9.3-cü bənddən “, qanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq” sözləri çıxarılsın.

2. Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2018-ci il.

SƏNƏDLƏRSərəncamlar18 may 2018
18:35
Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azə...

18 may 2018, 18:35
XƏBƏRLƏRMətbuat xidmətinin məlumatı18 may 2018
16:30
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzaki...

18 may 2018, 16:30