11 may 2018, 21:00

Rafayıl İsmayılovdan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Ağstafaya göstərdiyiniz yüksək diqqət və qayğınızın nəticəsidir ki, bu gün rayonumuzun yol-nəqliyyat sistemi kompleks şəkildə yenidən qurulur. Biz ağstafalılar artıq rayonun ən ucqar nöqtəsində yaşayan qohumlarımıza, əzizlərimizə gözəl, abad yollarla rahat və təhlükəsiz şəkildə baş çəkirik.

Biz - Qarahəsənli və Molla Cəfərli kəndinin 2 mindən artıq sakini kəndimizə çəkilən gözəl yola görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz bizim liderimiz, rəhbərimiz və işıqlı gələcəyimizin qarantısınız.

Allah Sizə yar olsun.

Hörmətlə,

İsmayılov Rafayıl Fərrux oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Molla Cəfərli kəndi