11 may 2018, 21:30

Nüsrət Kərimovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin qazandığı hər bir uğur əbədiyaşar Prezidentimiz, müstəqil Azərbaycan adlı şah əsərini yaratmış ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsidir. Uzun illərə hesablanmış bu siyasət ulu öndər Heydər Əliyevin layiqli varisi kimi Sizin tərəfinizdən uğurla davam etdirilir. Sizin rəhbərliyinizlə Azərbaycanımız daha da inkişaf edib, ölkəmizin bütün bölgələri, o cümlədən Lerik rayonu tamamilə dəyişərək gözəlləşib və abadlaşıb. Rayonumuzun sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işlər hər bir leriklinin ürəyincədir. Əvvəllər problemlər üzündən rayonu tərk edən gənclər indi geri dönür, özlərinə yeni evlər tikir, həyat şəraitlərini yaxşılaşdırırlar.

Hörmətli cənab Prezident, hər bir Azərbaycan gənci kimi, Lerik gəncləri də prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayır və həmişə ətrafınızda olacaqlarını bildirirlər.

Hörmətlə,

Kərimov Nüsrət Nəciməddin oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.