11 may 2018, 20:35

Bakıxan Əhədovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Əvvəlcə prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə təkcə Sizin deyil, bütün Azərbaycan xalqının, haqqın, ədalətin qələbəsidir.

Əziz Prezidentimiz, mən şəxsən öz adımdan və ailəm adından Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, firavan və xoşbəxt həyat arzu edirəm. Hər zaman zirvələrdə olasınız.

Fürsətdən istifadə edərək, ölkəmizdə əhalinin firavan yaşaması istiqamətində gördüyünüz işlərə görə Sizə təşəkkürümü bildirirəm. Siz hər zaman xalqın içində olur, onun problemləri ilə yaxından maraqlanır və öz qayğınızı sadə vətəndaşlardan heç vaxt əsirgəmirsiniz. Ölkəmizin taleyinin ulu öndər Heydər Əliyevin layiqli davamçısının əlində olması daha parlaq və uğurlu gələcəyə inamımızı daha da artırır.

Cənab Prezident, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə bir daha Sizə uğurlar arzu edirəm.

Hörmətlə,

Əhədov Bakıxan Qurbanəli oğlu.

        Azərbaycan Respublikası, Şirvan şəhəri.