12 may 2018, 14:45

Gülzar Qurbanovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 9 may 2018-ci il tarixli Sərəncamınız və mənim də adımın təltif edilənlər sırasında olması ailəmizin böyük sevincinə səbəb oldu. Çünki Sizin bu qayğınız sənət adamı olaraq mənə böyük stimul olmaqla yanaşı, fəaliyyətimə göstərdiyiniz diqqətinizin təzahürüdür. Sizin Azərbaycan mədəniyyəti və incəsənətində xidmətləri olan insanlara müstəsna diqqət və qayğınız, bizləri daim müxtəlif fəxri adlara, təqaüdlərə layiq görməyiniz sənət sahəsində çalışanlara və sənətsevərlərə verilən böyük dəyərdir.

Cənab Prezidentimiz, əmin olun ki, Sizin etimadınızı bundan sonra da doğruldaraq milli teatr və kino sənətimizdə üzərimə düşən yaradıcı missiyanı uğurla davam etdirməyə çalışacağam. Çünki bir sənət adamı kimi yaxşı bilirəm ki, heç bir yaradıcılıq fəaliyyəti Sizin diqqətinizdən kənarda qalmır.

Dərin hörmət və ehtiramla,

Qurbanova Gülzar, Əməkdar Artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.