12 may 2018, 15:00

Telman Kazımovdan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident.

Ağstafaya göstərdiyiniz diqqət və qayğı sayəsində rayonumuz gündən-günə abadlaşır, gözəlləşir. Aparılan quruculuq işləri rayonumuzda müxtəlif sahələrin, o cümlədən yol infrastrukturunun inkişafına səbəb olur. Bu yaxınlarda Düzqışlaq-Kolayır-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərarası avtomobil yolunun yenidən qurulması başa çatdırıldı. Bu hadisə hamımızı sevindirdi.

Hörmətli cənab Prezident, bütün bu işlərə görə Düzqışlaq kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, dövlətimizin möhkəmlənməsi və inkişafı yolunda fəaliyyətinizdə uğurlar arzulayırıq. Ulu Tanrı Sizə yar olsun.

Hörmətlə,

Kazımov Telman Fərman oğlu,

II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Ağstafa rayonu Düzqışlaq kəndi.