14 may 2018, 17:30

Əntiqə İsgəndərovadan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin müdrik siyasətiniz sayəsində respublikamızda dinamik sosial-iqtisadi inkişaf uğurla davam edir. Bu inkişaf demək olar ki, hər bir sahədə özünü aydın göstərir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da yeni-yeni layihələr müvəffəqiyyətlə həyata keçirilir. Belə ki, Ağstafaçayın sol sahilində yerləşən yaşayış məntəqələrini birləşdirən Düzqışlaq-Kolayır-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərarası avtomobil yolunun yenidən qurulması yüksək keyfiyyətli başa çatdırılıb.

Cənab Prezident, Ağstafa rayonunun əhalisi Sizin diqqət və qayğınızı daim hiss edir. Görülən işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Ulu Tanrı köməyiniz olsun.

Hörmətlə,

İsgəndərova Əntiqə Qəhrəman qızı, şəhid anası.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Qarahəsənli kəndi.