15 may 2018, 16:00

Salam Əliyevdən, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin prezidentlik dönəminizdə ölkəmiz sürətlə inkişaf edib, xalqın rifahı və həyat tərzi daha da yaxşılaşıb. Ulu öndər Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirdiyinizə görə biz Sizinlə fəxr edirik. Sizin apardığınız uzaqgörən siyasət nəticəsində Azərbaycan bütün dünyada güclü mövqeyə malik ölkəyə çevrilib.

Cənab Prezident, mən həmişə Sizinlə fəxr etmişəm. İnanıram ki, tezliklə Qarabağımızı bizə qaytaracaq və ölkəmizin adını daha da yüksəklərə ucaldacaqsınız. Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə daim üzünüz gülsün, əziz Prezidentim!

Hörmətlə,

Əliyev Salam Qədir oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Muxax kəndi.