Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehdən
16 may 2018, 17:40
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq hissi duyuram.
Böyük səs çoxluğu ilə yenidən Prezident seçilməyiniz həmvətənlərinizin mütləq əksəriyyətinin bir daha Sizin rəhbərliyinizlə uzunmüddətli inkişaf arzusunda olmasının bariz sübutudur.
Şübhəsiz ki, Azərbaycan Respublikası Sizin başçılığınızla seçdiyi dayanıqlı inkişaf yolunda böyük irəliləyişə nail olub.
Mən səmimiyyətlə inanıram ki, prezidentliyinizin yeni dönəmində də Azərbaycanın dinamik inkişafı davam edəcəkdir.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə, Sizə və bütün Azərbaycan xalqına müvəffəqiyyətlər, xoşbəxtlik və uğurlar diləyirəm.
Zati-aliləri, Sizə bir daha səmimi təbriklərimi çatdırır və qardaşlıq salamımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
İsmail Ömər Qelleh
Cibuti Respublikasının Prezidenti