19 may 2018, 14:30

Cavanşir Qurbanovdan, Xızı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən böyük şairimiz Mikayıl Müşfiqin 110 illiyi ilə bağlı imzaladığınız Sərəncam “Cabir Novruz” Mədəniyyət Fondunun kollektivi, Xızı rayon ictimaiyyətinin nümayəndələri və bütün müşfiqsevərlərin ürəyindən xəbər verdi. Böyük əhəmiyyət kəsb edən Sərəncamınızı bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə, qədim tarixi köklərə söykənən milli folklorumuza, həmçinin Mikayıl Müşfiqin söz sənətinə göstərdiyiniz növbəti nəciblik, xeyirxahlıq nümunəsi olaraq qiymətləndiririk.

Cəmi 29 il ömür sürmüş şairin ədəbi irsinə dövlətimiz həmişə lazımi diqqət və qayğı göstərib. Ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə də Müşfiqin xatirəsi daim uca tutulub, şairin 90 illiyi dövlət səviyyəsində qeyd edilib.

Sizin Mikayıl Müşfiqin 100 illiyi ilə bağlı Sərəncamınız əsasında Bakı şəhərində Mikayıl Müşfiqin abidəsi ətrafında və adını daşıyan məktəbdə yenidənqurma işləri görülüb, kitabları nəşr olunub, onun yubileyi ölkəmizin hər yerində qeyd edilib.

Cənab Prezident, bir daha Sizə dərin təşəkkürümüzü bildirir, xalqımızın rifahı naminə məqsədyönlü fəaliyyətinizdə tükənməz enerji və uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Qurbanov Cavanşir,

“Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti,

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli,

Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi.

Azərbaycan Respublikası, Xızı rayonu.