Slovakiya Respublikasının Prezidenti Andrey Kiskadan

22 may 2018, 14:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başlamağınız münasibətilə Sizi Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan təbrik edirəm.

Ümid edirəm ki, Slovakiya ilə Azərbaycan arasında dostluq münasibətləri gələcəkdə də ölkələrimizin vətəndaşlarının rifahı naminə inkişaf edəcəkdir.

Hörmətli cənab Prezident, Sizin ölkənizə və onun bütün vətəndaşlarına sülh, firavanlıq və demokratik vətəndaş cəmiyyəti quruculuğu yolunda uğurlar arzulayıram.

Hörmətlə,

Andrey Kiska

Slovakiya Respublikasının Prezidenti