Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Norbert Hoferdən

22 may 2018, 14:47

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz xəbəri məni çox sevindirdi. Bu xoş fürsətdən istifadə edərək Sizi inamlı qələbəniz münasibətilə təbrik edirəm.

Azərbaycanın və Avstriyanın nəqliyyat, o cümlədən innovasiya və informasiya texnologiyaları sahəsində ortaq maraqları var. Əminəm ki, ölkələrimiz arasında bu sahələrdə mövcud olan uzunmüddətli əməkdaşlığımızı gələcəkdə daha da inkişaf etdirəcəyik.

Ölkələrimiz arasında infrastruktur texnologiyaları sahəsində əməkdaşlığımızdan çox məmnunam. Bu sahədəki tərəfdaşlığımızı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyi arasında nəqliyyat, innovasiya və informasiya texnologiyaları sahəsində imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində daha da inkişaf etdirmək niyyətindəyik.

Hörmətlə,

Norbert Hofer

Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri