MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbondan

22 may 2018, 18:58

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Fransa Beynəlxalq Şirkətlər Hərəkatı (MEDEF International) adından təbriklərimi çatdırmaqdan məmnunluq və şərəf duyuram.

Fransa biznes konfederasiyasını və ikitərəfli əsasda xaricdə fəaliyyət göstərən özəl sektorun 70 faizini təmsil edən MEDEF International Fransa ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə, həmçinin ölkələrimizin biznes dairələrinin yaxınlaşmasına hər zaman töhfə vermişdir.

MEDEF International və Fransa özəl sektoru Azərbaycanda çoxlu sayda biznes imkanlarının mövcudluğuna, Sizin Hökumətin dayanıqlı inkişafı dəstəkləmək və birgə inkişafa təkan vermək imkanlarına inanır.

Sizə prezidentliyinizin yeni dönəmində uğurlar arzu edirik. Fransaya səfər edəcəyiniz təqdirdə Sizi MEDEF Internationalda salamlamağa çox şad olar və bundan şərəf duyarıq.

Cənab Prezident, bir daha Sizə yüksək ehtiramımı bildirirəm.

Mən Sizi MEDEF-də salamlamaqdan şərəf duyacağam. Fransa şirkətləri Sizin baxışlarınıza və güclü liderliyinizə hər zaman yüksək qiymət verir.

Hörmətlə,

Xanım Mari-Anj Döbon

MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini