Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

22 may 2018, 21:44

Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; 2017, № 11, maddə 1961; Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1041-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 4.4-cü maddə əlavə edilsin:

“4.4. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.”.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2018-ci il.