Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyandan

24 may 2018, 19:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Dost və qardaş xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı ifadə edirəm.

Məhəmməd bin Zayed Al Nahyan

Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Əbu-Dabi Əmirliyinin Vəliəhdi,

Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini