Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Prezidenti Xəlifə bin Zayed Al Nahyandan

24 may 2018, 19:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır və Birləşmiş Ərəb Əmirlikləri xalqının bu münasibətlə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən rica edirəm.

Əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına xeyir və xoşbəxtlik arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı izhar edirəm.

Xəlifə bin Zayed Al Nahyan

Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Prezidenti