Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanidən

29 may 2018, 13:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin gələcək illərdə daha da genişlənməsini arzulayıram.

Sizə ən yüksək ehtiramla,

Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani

Qətər Dövlətinin Əmiri