F.A.Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

29 may 2018, 18:09

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə Fərid Adil oğlu Məmmədov “Tərəqqi” medalı ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2018-ci il.