Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan

29 may 2018, 18:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan tarixində çox əlamətdar hadisə – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Xalq hakimiyyətinə və bərabərlik prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyin formalaşmasına, azadlıq və müstəqillik hisslərinin güclənməsinə sanballı töhfə vermişdir. Həmin dövr üçün bunlar inqilabi dəyişikliklər idi. Müasir Azərbaycan varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk dövrlərdə bünövrəsi qoyulmuş ideya və dəyərləri layiqincə inkişaf etdirir, ölkə vətəndaşlarının rifahı durmadan yüksəlir, elmi-texniki və mədəni sahələrdə uğurlarınız durmadan artır, ölkənizin beynəlxalq aləmdə nüfuzu Sizin şəxsi səyləriniz, respublikanın bütün vətəndaşlarının əməksevərliyi və çalışqanlığı sayəsində yüksəlir.

Bütün bunlar atanızın – görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin işinin layiqli davamıdır.

Biz mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipinə əsaslanan Rusiya–Azərbaycan münasibətlərinə xüsusi dəyər veririk. Əminəm ki, xalqlarımızın çoxəsrlik dostluğu bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, məsul dövləti vəzifənizdə, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar diləyir, çoxmillətli Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.

Hörmətlə,

Xızrı Şıxsəidov

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri