01 iyun 2018, 17:30

Rüfət Babayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bizi – bir qrup mədəniyyət və incəsənət işçisini fəxri adlarla təltif etməklə Siz ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının layiqli varisi olduğunuzu bir daha sübut etdiniz.

“Əməkdar artist” fəxri adına layiq görüldüyümə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Dövlət “Qaya” ansamblının əvvəllər solisti, hazırda isə direktoru kimi fəaliyyətimlə bundan sonra da bu yüksək etimadı layiqincə doğruldaraq Azərbaycan musiqisinin təbliği və inkişafında səy və bacarığımı əsirgəməyəcəyəm.

Dərin hörmət və ehtiramla,

Babayev Rüfət Rauf oğlu, Dövlət “Qaya” ansamblının direktoru, Əməkdar artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.