İlham Əliyev İran Prezidenti Aparatının rəhbərini qəbul edib

04 iyun 2018, 10:50
İlham Əliyev İran Prezidenti Aparatının rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Prezident Həsən Ruhaninin Azərbaycana son səfərini məmnunluqla xatırladı və səfərin çox uğurlu olduğunu, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin böyük önəm daşıdığını dedi. Bu səfərdən keçən dövr ərzində əlaqələrimizin yeni dinamika aldığını qeyd edən Prezident İlham Əliyev uzun illər həll olunmamış məsələlərin birgə səylərlə öz həllini tapdığını bildirdi. Bu, onu göstərir ki, hər iki ölkədə əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var. Dövlətimizin başçısı Mahmud Vaezinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrin həllinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.

Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, İran Prezidenti Həsən Ruhaninin adından və öz adından dövlətimizin başçısına böyük səs çoxluğu ilə yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırdı. Mahmud Vaezi qeyd etdi ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razılaşmaların səmərəli nəticələri göz qabağındadır və yüksək səviyyədə icra olunur, Azərbaycan ilə İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənir, Astara-Astara dəmir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir.

Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04