İlham Əliyev Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

05 iyun 2018, 13:10
İlham Əliyev Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

gallery-photogallery-photo