05 iyun 2018, 15:15

Azər Dadaşovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərimizin qoruyucusu və daimi hamisi olaraq Siz hər zaman mədəniyyət və incəsənət xadimlərinə dəstək olursunuz. Sizin Sərəncamınızla “Xalq artisti” fəxri adına layiq görüldüyümə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu yüksək qiymət məni son dərəcə sevindirir və yeni-yeni yaradıcılıq işlərinə ruhlandırır. Söz verirəm ki, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı naminə bundan sonra da əzmlə çalışacağam.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli fəaliyyətinizdə nailiyyətlər diləyirəm.

Hörmətlə və dərin ehtiramla,

Dadaşov Azər, bəstəkar.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.