06 iyun 2018, 16:20

Miryusif Mirbabayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 2018-ci il mayın 27-də imzaladığınız “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncamla mən də “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülmüşəm.

Hörmətli Prezidentimiz, əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizin ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycan mədəniyyətinin və incəsənətinin daha da inkişaf edəcəyinə və geniş təbliğ olunacağına əminəm. Mən qürur hissi duyuram ki, ulu öndər Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır.

Cənab Prezident, fürsətdən istifadə edib Sizi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm. Azərbaycan naminə bundan sonra da yorulmadan çalışacağıma, ölkəmizin mədəniyyətini və incəsənətini təbliğ etməkdə davam edəcəyimə söz verirəm.

Dərin hörmət və qürur hissi ilə,

Mirbabayev Miryusif Mirheydər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.