08 iyun 2018, 15:00

Naibə Allahverdiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin ölkəmizin teatr xadimlərinə göstərdiyiniz daimi qayğıdan yubileyim ərəfəsində mənə də böyük pay düşdü. Məni müstəqil ölkəmizin yüksək mükafatına – “Xalq artisti” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizin imzanızla təltif olunduğum bu adı şərəflə daşıyacağam.

Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə,

Allahverdiyeva Naibə Siyavuş qızı, Xalq Artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.