08 iyun 2018, 17:40

Orxan Bağızadə və başqalarından, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin tapşırığınızla Naftalan şəhərində inşa edilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxana binasının istifadəyə verilməsi tibbi personalın böyük sevincinə səbəb oldu. Bütün sahələrlə yanaşı, insanların sağlamlığına xidmət edən səhiyyə sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizinlə fəxr edirik.

Ulu Tanrı Sizi qorusun.

Naftalanın səhiyyə işçiləri adından dərin hörmətlə,

Bağızadə Orxan Eldar oğlu

Əhmədova Lətifə Mehti qızı

Məmmədov Vaqif Vəli oğlu.

Azərbaycan Respublikası, Naftalan şəhəri.