09 iyun 2018, 16:00

Elçin Allahverdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sənətimə dəyər verdiyiniz üçün Sizə dərin, sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizin sənət adamlarına göstərdiyiniz qayğı bizi ruhlandırır, fəal çalışmağımıza, yaradıcılığımızı daha da genişləndirməyə həvəsləndirir.

Sizin layiq gördüyünüz bu fəxri ad üzərimdə məsuliyyətlə, daha da əzmkarlıqla çalışmağıma stimul yaratdı. Çətin və şərəfli işinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Allahverdiyev Elçin Yahyabala oğlu

Əməkdar artist

Azərbaycan Respublikası, Bakı şəhəri.