09 iyun 2018, 15:00

Vüqar Muradovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin 2018-ci il may ayının 27-də imzaladığınız “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncamınız bizə - ömrünü incəsənətə həsr edən insanlara və şəxsən mənə yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının əməyini qiymətləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh və qürur hissi doğurur.

“Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə yaradıcılıq fəaliyyətimi yüksək qiymətləndirdiyinizə və məni Azərbaycan Respublikasının “Əməkdar rəssamı” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bundan sonra da yaradıcılıq fəaliyyətimi, bütün qüvvə və bacarığımı Azərbaycanın tanınmasına, eləcə də təsviri sənətimizin şərəfli salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyəm.

Dərin ehtiram və minnətdarlıq hissi ilə,

Muradov Vüqar Bilal oğlu,

Azərbaycan Respublikasının Əməkdar rəssamı

Azərbaycan Respublikası, Bakı şəhəri.