21 iyun 2018, 17:55

Rizvan Şəxaliyevdən, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son illərdə Ağcabədi rayonunun Təzəkənd kəndində pambıq əkini sahələrinin genişləndirilməsi ilə əlaqədar ciddi su qıtlığı yaranmışdı. Kənd sakinlərinin Sizə müraciətindən sonra Yuxarı Qarabağ kanalından kəndimizə su xətti çəkildi və fermerlər suvarma suyu ilə təmin edildi.

Hörmətli cənab Prezident, üç mindən çox əhalisi olan Təzəkənd kəndinin fermerləri Sizə minnətdarlıqlarını bildirir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırlar. Allah işlərinizi avand etsin.

Hörmətlə,

Şəxalıyev Rizvan Cümşüd oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Təzəkənd kəndi.