22 iyun 2018, 17:00

Arif Qazıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Rəssam kimi fəaliyyətimi yüksək qiymətləndirərək məni "Azərbaycanın xalq rəssamı" fəxri adı ilə təltif etməyinizdən qürur duyur, buna görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Sizin Azərbaycan mədəniyyətinə və incəsənətinə hər zaman göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Azərbaycan incəsənəti dünyada özünəməxsus yer tutub.

Əməyimin tərəfinizdən yüksək qiymətləndirilməsi məni daha böyük və yeni yaradıcılıq uğurlarına ruhlandırır. Bu ada layiq ola bilmək üçün mən bundan sonra qarşıma daha böyük məqsədlər qoyacaq, gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihələrdə Azərbaycanın adını daha yüksəklərə qaldırmaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Sizə uzun ömür, möhkəm cansağlığı və Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, dünyada qüdrətli bir dövlətə çevrilməsi istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Qazıyev Arif Şamil oğlu, Xalq Rəssamı.

 Azərbaycan Respublikası, Bakı şəhəri.