Nigeriya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Qudlak Conatana
Text size
27 avqust 2011, 20:20
Hörmətli cənab Prezident,
Abuca şəhərində terror aktı törədilməsi nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 avqust 2011-ci il.