Azərbaycan və Qazaxıstan Prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

20 oktyabr 2011, 14:00
Azərbaycan və Qazaxıstan Prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident Nursultan Nazarbayevin bəyanatı

- İki ölkə arasında çox mehriban qardaşlıq münasibətləri yaranmışdır. Biz Azərbaycanı Qafqaz regionunda özümüzün əsas iqtisadi və siyasi tərəfdaşımız hesab edirik və müstəqilliyimizin bütün illərində bu münasibətlər qorunur. Azərbaycan özünün müstəqilliyinin iyirmi illiyini yenicə qeyd etmişdir. Biz xalqımız adından onu ürəkdən təbrik edirik. Çünki Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ problemi, 1 milyon qaçqın, ərazilərin işğal edilməsi ilə əlaqədar yaranmış bütün çətinliklərə baxmayaraq bu iyirmi il ərzində Azərbaycan görkəmli nailiyyətlər qazanmışdır. İqtisadi göstəricilər, xalqın rifahının artması, iqtisadiyyatda islahatlar onu göstərir ki, Azərbaycan qabaqcıl mövqelərdən birini tutur. Biz buna baxıb sevinirik.

Biz Xəzər dənizində də qonşularıq. Xəzər dənizinin problemləri bizim ümumi problemlərimizdir. Biz öz qonşularımız – sahilyanı dövlətlər ilə birlikdə Xəzər dənizinin statusu məsələlərini həll edirik. Energetika, neftin nəql edilməsi və Xəzərdən Qazaxıstanın Qafqaza, Qara dənizə və Avropaya çıxışı üçün nəqliyyat arteriyası kimi istifadə edilməsi məsələlərində əlaqələr əməkdaşlığımızın ən mühüm bəndləridir. Azərbaycanın və azərbaycanlı mütəxəssislərin neft və qaz sahəsində çox böyük təcrübəsini nəzərə alaraq bizim mütəxəssislər bu təcrübədən istifadə etməlidirlər. Biz Azərbaycan tərəfi ilə həm də neft hasilatı, neft və qaz emalı üçün avadanlıqlar yaradılması məsələsində əməkdaşlıq edə bilərik.

Kənd təsərrüfatı sahəsində biz ölkəmizin Manqıstau və Atırau regionlarına tərəvəz, meyvə və digər kənd təsərrüfatı məhsullarının göndərilməsi barədə danışdıq. Buna görə Qazaxıstanın qərb vilayətlərinin Azərbaycan ilə sıx münasibətləri olmalı, qarşılıqlı faydalı şərtlər daxilində müvafiq sazişlər bağlamalıdırlar.

Keçən il bizdə əmtəə dövriyyəsinin 60 faizə yaxın artması, əlbəttə, sevindirici haldır. Lakin ümumi həcm - 350 milyon bizim potensiala uyğun deyildir. Buna görə də perspektivdə gözləyirik ki, Azərbaycan, Bakı Qazaxıstanın nefti və digər məhsulları üçün ən mühüm nəqliyyat arteriyalarından birinə çevriləcəkdir. Türkiyə, Gürcüstan və Azərbaycandan Xəzər dənizinə yeni dəmir yolu tikintisi və Qafqaz yüklərinin Qazaxıstandan keçməklə Çinə və əks istiqamətdə daşınması imkanı çox böyük məsələ və gələcəkdə çox böyük səmərə deməkdir.

Ölkələrimizin eyni kökləri vardır. Biz türk dünyasına mənsubuq. Bizim eyni köklərimiz - dil, mədəniyyət əlaqələrimiz, eyni ənənələrimiz vardır. Biz daha sıx əməkdaşlıq üçün bütün bunlardan istifadə etməliyik.

Müxtəlif səbəblərə görə Qazaxıstana çoxlu azərbaycanlı gəlmişdir, diasporun 130 min üzvü vardır. Bu, bizim əməkdaşlığımız üçün yaxşı körpüdür. Bizim Azərbaycan millətindən olan vətəndaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında iştirak edirlər. Yəni əməkdaşlıq üçün təməl vardır.

Beynəlxalq planda – BMT, ATƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi (AQFETM) çərçivəsində biz eyni mövqelər tuturuq. Yəni biz dünyada müharibə və sülh məsələlərində Birləşmiş Millətlər Təşkilatının rolunun möhkəmləndirilməsi barədə eyni cür düşünürük. Biz Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməyin tərəfdarıyıq. Biz buna tərəfdarıq ki, bizim regionda, postsovet məkanında əməkdaşlıq və inteqrasiya qarşılıqlı faydalı şərtlərlə davam etsin.

Mən İlham Heydər oğluna səfərinə görə, bizim danışıqlara görə təşəkkür edirəm. Hesab edirəm ki, bu danışıqlar bizim münasibətlərin inkişafına yeni təkan verəcəkdir. Bizim artıq müqavilə hüququnun əsasını təşkil edən 60 imzalanmış sənədimiz vardır. Bu gün Sizin yanınızda qəbul edilmiş sənədlər onu göstərir ki, əməkdaşlığımız dinamik inkişaf edir.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Nursultan Abişeviç, ölkəmiz haqqında səmimi sözlərinizə, Azərbaycanın müstəqilliyinin iyirmi illiyi ilə əlaqədar təbriklərinizə görə sağ olun. Fürsətdən istifadə edib Sizi və bütün qardaş Qazaxıstan xalqını müstəqilliyinizin qarşıdan gələn yubileyi münasibətilə qabaqcadan təbrik etmək istərdim.

Bu illər ərzində Sizin rəhbərliyiniz altında Qazaxıstan çox böyük yol keçmişdir. 20 il ərzində Siz başqa ölkələrin bəlkə də 100 ildə edə bilməyəcəklərinə nail olmusunuz. Bu, Qazaxıstana gələndə, Sizin şəhərlərə gələndə görünür. Biz Sizin uğurlarınıza sevinirik, Qazaxıstanın nailiyyətlərinə heyranıq. Bu illər ərzində ölkəniz dinamik inkişaf edir, iqtisadi siyasət, sənayeləşmə məsələləri, sosial məsələlər uğurla həll edilir. Şəhərləriniz abadlaşır, paytaxtınız Astana çox qısa zaman kəsiyində gözəl şəhər yaradılmasının nadir təcrübəsinin nümunəsidir.

Mən həm də Sizə məni qardaş Qazaxıstana yenidən səfərə dəvət etdiyinizə görə təşəkkür etmək istərdim. Mən hər il Sizin ölkənizə gəlirəm. Son yeddi ildə bu mənim təkcə rəsmi səfərlərimin üçüncüsüdür. Biz həm də çox şadıq ki, Nursultan Abişeviç müntəzəm olaraq Azərbaycana səfər edir. Bu cür qarşılıqlı əlaqələr bizim ikitərəfli münasibətlərin inkişafına verdiyimiz diqqət və əhəmiyyətin parlaq sübutudur.

Münasibətlərimiz möhkəm tarixi bazaya əsaslanır. Xalqlarımız arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Bu gün biz iki müstəqil qardaş dövlət kimi Qazaxıstan və Azərbaycan arasında tərəfdaşlığa və dostluq əlaqələrinə əsaslanan münasibətlər qururuq. Qarşılıqlı siyasi əlaqələrimiz çox səmərəlidir. Nursultan Abişeviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı əlaqə saxlayırıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Qazaxıstanın mövqeyinə görə ona təşəkkür edirik. Mən bilirəm ki, Qazaxıstan Prezidenti bu mövzunu daim diqqət mərkəzində saxlayır və dünya liderləri ilə mühüm görüşlərdə bu məsələni qaldırır. Münaqişəyə, işğala son qoymaq və nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini təmin etmək lazımdır. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq instansiyadır və bu təşkilatın qəbul etdiyi qərarlar yerinə yetirilməlidir. Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnaməsi qəbul edilmişdir. Onlar işğalçı erməni qüvvələrinin Azərbaycan ərazisindən dərhal və danışıqsız çıxarılmasını tələb edir. Təəssüf ki, onlar yerinə yetirilmir. Bizim ərazi bütövlüyümüz pozulmuşdur və əgər belə bir ağır problem olmasaydı, Azərbaycanın daha necə böyük uğurlar qazanacağını təsəvvür etmək mümkündür.

Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində, Helsinki Yekun Aktı çərçivəsində həll edilməsinin tərəfdarıyıq. Həmin sənəddə məhz ölkələrin ərazi bütövlüyü prinsipinin prioritet olması müəyyən edilmişdir.

İkitərəfli iqtisadi əlaqələrə gəldikdə, Nursultan Abişeviç bu məsələ üzərində ətraflı dayandı, mən təkrarlamaq istəmirəm. Demək istəyirəm ki, biz bu münasibətlərin bütün istiqamətlər üzrə inkişafına çox böyük əhəmiyyət veririk. Bu gün həlli tələb olunan məsələləri fəal həll etmək üçün bizim nümayəndə heyətlərinə konkret tapşırıqlar verilmişdir. Əmtəə dövriyyəsinin faiz nisbəti ilə artması, əlbəttə, bizi sevindirir. Lakin onun həcmi, xüsusən ölkələrimizin bu cür böyük iqtisadi və sənaye potensialını nəzərə alsaq, əlbəttə, bizi qane edə bilməz. Hökumətlərarası komissiya işləyir. Nisbətən yaxın vaxtlarda bu komissiya toplaşmışdı. Mütəmadi olaraq biznes-forumlar keçirilir. Aktauda Azərbaycanın konsulluğu açılmışdır. Yəni biz bütün istiqamətlər üzrə çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk.

Bu gün nəqliyyat məsələləri ətraflı müzakirə edildi. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatandan sonra biz Asiyanı Avropa ilə birləşdirəcək yeni İpək Dəmir yolu açırıq. Ölkələrimiz müxtəlif istiqamətlərə mallar göndərmək, habelə böyük yük axını üçün tranzit ölkələrə çevrilmək imkanı əldə edəcəklər.

Neft sahəsində ənənəvi əlaqələr möhkəmlənir, yeni ideyalar, kooperasiya, qarşılıqlı fəaliyyət barədə yeni təkliflər, müştərək təşəbbüslər vardır. Bu təbiidir, bizim məqsədlərimiz obyektiv olaraq üst-üstə düşür, ona görə ki, biz istehsalçılarıq. Təbii ki, bizim ümumi vəzifələrimiz, ümumi məqsədlərimiz vardır və gələcəkdə ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlıq genişlənəcəkdir. Bizim artıq bu gün böyük Qazaxıstan neftini qəbul etmək üçün kifayət qədər tranzit potensialımız və infrastrukturumuz vardır. Ümid edirik ki, Qazaxıstanda hasilatın həcmi artanda biz öz tranzit imkanlarımızı təqdim edəcəyik ki, bu da səmərəli ikitərəfli əməkdaşlıq çərçivəsində olsun.

Onu da qeyd etmək istəyirəm ki, bu yaxınlarda Bakı küçələrindən birinə qazax xalqının böyük oğlu, maarifçi, mütəfəkkir, ictimai xadim Abay Kunanbayevin adı verilmişdir. Bu da bizim dostluğun, xalqlarımızın tarixi şəxsiyyətlərinə münasibətimizin əlamətidir. Bu həm də humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə daha bir töhfədir.

Bütövlükdə Qazaxıstan bizim üçün yaxın strateji tərəfdaş, dost, qardaşdır və əminəm ki, münasibətlərimizin gələcəyi də bugünkü kimi gözəl olacaqdır.

Səmimi qəbul, qonaqpərvərlik üçün bir daha təşəkkür edirəm və fürsətdən istifadə edib Sizi, Nursultan Abişeviç, Sizin üçün münasib olan istənilən vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51