Elşən Nurəliyevdən, Masallı, Azərbaycan
12 noyabr 2011, 17:00
Möhtərəm cənab Prezident!
Ölkəmizin qüdrətli dövlətə çevrilməsi, onun analoqu olmayan inkişafı istiqamətindəki xidmətlərinizə, ölkə vətəndaşlarının, o cümlədən Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Bu yaxınlarda mənim də yeni mənzillə təmin olunmağım bizə - Qarabağ müharibəsi əlillərinə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir.
Bütün Qarabağ əlilləri kimi mən də ölkəmizin inkişafı naminə yürütdüyünüz daxili və xarici siyasəti ürəkdən bəyənir və alqışlayıram. Əminəm ki, Sizin rəhbərliyinizlə düşmən əsarətində olan torpaqlarımız tezliklə azad olunacaqdır.
Hörmətlə,
Nurəliyev Elşən Muğdat oğlu
2-ci qrup Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Masallı rayonu, Xıl kəndi.