Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Süleymana
Text size
21 noyabr 2011, 19:00
Hörmətli cənab Prezident,
Livan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Livan münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 noyabr 2011-ci il.