İlham Əliyev Xorvatiyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

02 dekabr 2011, 14:30

Prezident İlham Əliyev Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Drajen Hrastiçin etimadnaməsini qəbul etmişdir.

Səfir Drajen Hrastiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Drajen Hrastiç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Drajen Hrastiç Azərbaycanın Xorvatiya üçün dost və mühüm ölkə olduğunu vurğulayaraq səfir kimi ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirdi. Diplomat Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Drajen Hrastiç ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlət başçısı Prezident İvo Yosipoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRSərəncamlar24 may 2018
17:59
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi il...

24 may 2018, 17:59