Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovdan
26 dekabr 2011, 14:05
Hörmətli İlham Heydər oğlu!
Əziz dostum və qardaşım!
Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Mən xoşbəxtəm ki, Siz 50 illik yubileyinizi gücünüzün və enerjinizin aşıb-daşdığı bir şəraitdə, doğmalarınızın və yaxınlarınızın, həmfikirlərinizin və silahdaşlarınızın əhatəsində qarşılayırsınız.
Azərbaycan xalqının dəstəyi, möhkəm, sıx birləşmiş komanda Sizin öz Vətəninizə xidmət işində böyük uğurlar qazanmağınıza imkan vermişdir. Biz Azərbaycanın uğurlarını müşahidə edirik.
Şübhəsiz, onlar Sizin qətiyyətinizin, əməksevərliyinizin və fədakarlığınızın bəhrəsidir. Sizin həyata keçirdiyiniz iqtisadi strategiya cəmi üç ildə yoxsulluq səviyyəsini azaltmağa imkan vermişdir. Azərbaycanda ÜDM-in artımı isə MDB ölkələrində ən yüksək göstəricilərdən biridir.
Sizin hakimiyyətdə olduğunuz ilk dörd ildə iqtisadiyyat irəliyə doğru sanballı sıçrayış etmişdir. Etiraf edirəm ki, bu, görkəmli siyasi xadim və öz xalqının müdrik lideri kimi Sizə heyranlıq və dərin ehtiram doğurur.
İlham Heydər oğlu! Siz həmişə çeçen xalqının və bütün Rusiyanın böyük dostu olmusunuz və dostu kimi qalırsınız.
Əminəm ki, qardaş xalqlarımız arasında mehriban qarşılıqlı münasibətlər bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizi yubileyiniz münasibətilə bir daha təbrik edirəm, Sizə xoşbəxtlik, cansağlığı, Azərbaycan xalqını sülh və firavanlıq yolu ilə daha irəli aparmaq üçün güc və səbir diləyirəm.
Ulu Tanrı Sizin bütün planlarınızın və nəcib təşəbbüslərinizin həyata keçməsinə kömək etsin.
Hörmətlə,
Ramzan Kadırov
Çeçenistan Respublikasının başçısı