İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

28 fevral 2012, 19:20

Prezident İlham Əliyev Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ölkəmizə verdiyi davamlı dəstəyə və Pakistan parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanımasına görə Pakistan İslam Respublikasına minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində daha da möhkəmləndirməyin önəmini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığımıza toxunan dövlətimizin başçısı Azərbaycan-Pakistan Hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətini intensivləşdirməyin zəruriliyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlarda bir-birilərini daim dəstəkləmələrini bir nümunə kimi dəyərləndirdi.

Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camali ölkəmizə ilk dəfə 1993-cü ildə səfər etdiyini və ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdığını ehtiramla xatırladı. O, ötən dövr ərzində Azərbaycanda çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Mir Can Camali ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyini bildirdi. O, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və parlamentlərarası əlaqələr sahəsində daha da genişləndirməyin zəruriliyini qeyd etdi. 

SƏNƏDLƏRSərəncamlar21 iyun 2018
18:00
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu ...

21 iyun 2018, 18:00
SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00