A.Y.Rəhimova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
01 mart 2012, 18:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 2048 nömrəli Sərəncamını nəzərə alaraq qərara alıram:
Arzu Yusif oğlu Rəhimov general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2012-ci il.