Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Bronislav Komorovskiyə
Text size
05 mart 2012, 14:40
Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Polşa xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 mart 2012-ci il.