Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

12 mart 2012, 12:40

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda bir daha salamlayıram, ölkəmizə xoş gəlmisiniz.

Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin inkişafında çox mühüm rol oynayacaqdır. Biz ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə etdik. Bu, çox səmimi və açıq müzakirələr oldu. Əminəm ki, səfərinizin nəticələri çox uğurlu olacaq və əməkdaşlığımız genişlənərək bir çox sahələri əhatə edəcəkdir.

Bu gün müzakirə etdiyimiz kimi, aramızda çox fəal siyasi dialoq mövcuddur. Siyasi münasibətlərimizin səviyyəsi əladır. Səfəriniz bunun yaxşı göstəricisidir. Lakin, hesab edirəm ki, həyatımızın digər sahələrinə də nəzər yetirməliyik. Bu gün biz iqtisadi əməkdaşlığı, sərmayə imkanlarını müzakirə etdik. Fikrimcə, ikitərəfli münasibətlərimizin uğurlu inkişafı regionlarımız arasında da daha yaxşı əlaqələrin qurulmasına yardım edəcəkdir. Azərbaycan Xəzər dənizi regionunda olduqca mühüm rol oynayır. Siz öz regionunuzda aparıcı dövlətlərdən birisiniz. Bir sözlə, ölkələrimiz arasında sıx əlaqələr birmənalı olaraq regional əməkdaşlığa çox yaxşı təsir göstərəcəkdir.

Əminəm ki, səfərinizin nəticələri uğurlu olacaq və ölkələrimiz bir-birinə daha yaxın olacaqdır.

Dəvətimizi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə çox minnətdarıq. Bu haqda biz əvvəlki görüşlərimizin birində razılığa gəlmişdik. Ümidvaram ki, Sizin maraqlı və məhsuldar səfəriniz olacaqdır.

Ölkəmizə xoş gəlmisiniz.

 X X X 

Xorvatiya Respublikasının Prezidenti İvo YOSİPOVİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Cənab Prezident, səmimi qəbula və qonaqpərvərliyə görə minnətdaram. Mən və nümayəndə heyətimiz burada olmağımızdan çox məmnunuq. Buna səbəb təkcə siyasi əməkdaşlıq deyil, o cümlədən iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olmasıdır. Bir sözlə, nümayəndə heyətimiz gələcək iqtisadi əməkdaşlığımızı təfərrüatı ilə müzakirə etməyə hazırdır. Sizin regionda sərmayə qoymaqla bağlı böyük planlarınızdan məlumatımız vardır. Cənub-Şərqi Avropa regionu ilə Qafqaz regionu arasında yaxşı əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimizin kəşməkəşli tarixi olubdur. Tarixi baxımından təcrübəmiz oxşardır. İkitərəfli münasibətlərimiz qarşılıqlı anlaşmaya əsaslanır. Bu gün biz üç saziş imzalayacağıq. Bu da vacibdir və iqtisadi əməkdaşlığımıza şərait yaradacaqdır.

Qonaqpərvərliyinizə görə minnətdaram. Tam əminəm ki, nəinki bu görüş, o cümlədən bu gün keçirəcəyimiz digər görüşlər də səmərəli olacaqdır. 

SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:50
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikas...

18 iyul 2018, 20:50
SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:20
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barəd...

18 iyul 2018, 20:20
SƏNƏDLƏRFərmanlar18 iyul 2018
19:10
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi ...

18 iyul 2018, 19:10
SƏNƏDLƏRSərəncamlar18 iyul 2018
19:05
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqın...

18 iyul 2018, 19:05