Azərbaycan və Avropa İttifaqı Şurası prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

05 iyul 2012, 10:50

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini tərəfdaşlığımızın və dostluğumuzun əhəmiyyətli göstəricisi kimi qiymətləndirdi.

Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısı bu səfərin Avropa İttifaqı Şurası prezidentinin ölkəmizi daha yaxından tanıması üçün yaxşı imkan yaradacağını dedi.

Azərbaycan ilə Avropa institutları, eləcə də ölkəmizin əsas enerji tərəfdaşlarından olan Avropa İttifaqı arasında əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini bildirdi.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi.

Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı münasibətlərin olduğunu deyən Herman Van Rompuy iqtisadi və enerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu bildirdi.

Avropa İttifaqı Şurasının prezidenti bu səfərin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi baxımından yeni imkanlar açacağını vurğuladı. 

SƏNƏDLƏRSərəncamlar25 iyun 2018
16:45
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumə...

25 iyun 2018, 16:45
SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37